Məşhur “Voque” jurnalının Britaniya versiyasının baş redaktoru yüz il ərzində ilk dəfə kişi təyin edilib.
Publika.az xəbər verir ki, indiyədək “W Magazine” jurnalında çalışan Edvard Enninful hazırda dünyanın ən təcrübəli moda yazarlarından sayılır.
Qaradərili Edvard Qanada doğulsa da, Böyük Britaniyada böyüyüb. Moda biznesinə 16 yaşındaykən model kimi gəlib. Bundan öncə o, “Vogue”-nin ABŞ və İtalyan versiyası ilə əməkdaşlıq edib.
Qeyd edək ki, buna qədər "Voque" jurnalının Britaniya versiyasının baş redaktoru Aleksandra Şulman 25 illik karyerasını başa vurub.
Şəfiqə ŞƏFA