Niger təhlükəsizlik qurumları "Boko Haram" terror qruplaşmasının 57 üzvünü məhv ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, təhlükəsizlik qurumlarının üzvləri 1 "Toyota" avtomobili, 1 minaatan, 2 qumbaraatan, 5 pulemyot, 20 AK-47 və döyüş sursatları ələ keçiriblər.

Qeyd edək ki, daha əvvəl "Boko Haram" terror qruplaşmasının üzvləri Diffa kəndinə hücum ediblər. Hücum nəticəsində 15 hərbçi və 2 dinc sakin həlak olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində