Argentina yığmasının baş məşqçisi istefaya göndərilib

Argentina yığmasının baş məşqçisi istefaya göndərilib
08:57 11 Aprel 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Argentina yığmasının baş məşqçisi Eduardo Bauza istefaya göndərilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Argentina Futbol Assosiyasiyasının rəhbəri Klaudio Tapiya deyib.

"Biz razılaşmaya nail olduq və təsdiq edirik ki, Eduardo Bauza artıq futbol üzrə Argentina yığmasının baş məşqçisi deyil", - Tapiya deyib.

Qeyd edək ki, Bauza 2016-cı ilin avqustunda Xerardo Martinonun yerinə gəlib. Əvvəllər Bauza Braziliyanın "San-Paulu", Argentinanın "San-Lorenso" və digər klubları çalışdırıb. Karyerası ərzində o, 2 dəfə Libertadores kubonun qalibi olub - Ekvadorun "LDU Kito" (2008) və Argentinanın "San-Lorenso" (2014) klubları ilə.

Eduardo Bauzanın rəhbərliyi altında Argentina yığması Dünya Çempionatı 2018 turnirinin seçmə mərhələlsində 8 oyun keçirib. Oyunlardan 3-ü qalibiyyətlə, 3-ü məğlubiyyətlə, 2-si isə heç-heçə ilə yekunlaşıb. Argentina qrupda 14 oyundan sonra 22 xal ilə 5-ci yerdə qərarlaşıb. Qrupda 33 xal ilə Braziliya liderdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR