Putin ABŞ-ın tərəfdaşlarını qınadı

Putin ABŞ-ın tərəfdaşlarını qınadı
06:49 12 Aprel 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın tərəfdaşlarını Suriyaya endirilən raket zərbəsini vəziyyəti təhlil etmədən dəstəklədiklərinə görə qınayıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Putin qeyd edib ki, Suriya ordusunun  kimyəvi silahdan istifadə etməsini təsdiqləyən heç bir dəlil  yoxdur,  beynəlxalq hüququn pozulması isə var.  

 

“NATO üzrə tərəfdaşlar necə reaksiya verdilər? Hamı dərhal vəziyyəti təhlil etmədən ABŞ-ı dəstəklədi. Suriya ordusunun  kimyəvi silahdan istifadə etməsini təsdiqləyən faktlar hanı? Yoxdur.  beynəlxalq hüququn pozulması isə var. Fakt budur”, - deyə Putin “Mir 24” telekanalına müsahibəsində bildirib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR