3 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi

3 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi
15:44 12 Aprel 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda fəaliyyət göstərən bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilib.

 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata əsasən, paytaxtın inzibati ərazisində əsasən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən 124, 195 və 197 nömrəli marşrut xəttləri üzrə hərəkət edən sərnişin avtobuslarının son dayanacaq məntəqələri dəyişdirilib.

 

Dəyişikliyə əsasən aprelin 15-dən Lökbatan, Ələt və Sahil qəsəbələrindən gələn 124, 195 və 197 nömrəli marşrut xətti üzrə avtobuslarının son dayanacaq məntəqəsi “Lökbatan” Nəqliyyatı Mübadilə Mərkəzi müəyyən edilib. Sərnişinlər “Lökbatan” Nəqliyyatı Mübadilə Mərkəzindən şəhər mərkəzinə rahat gediş-gəliş üçün müasir nəqliyyat vasitələri ilə təmin edilmiş 125 nömrəli marşrut xəttindən istifadə edə bilərlər. 

 

Məqsəd paytaxtın cənub girişində ətraf kənd və qəsəbələrdən gələn sərnişin avtobuslarını bir məntəqədə cəmləşdirməklə onların şəhərin mərkəzinə doğru xaotik hərəkətinin qarşısını almaqdır. Məlum dəyişiklik günün pik saatlarında 20-ci kilometr Bayıl dairəsində müşahidə edilən sıxlığın da aradan qalxması baxımından da əhəmiyyətlidir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272006

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR