10 sirli tarixi şəkil - FOTOŞOP, yoxsa GERÇƏK

10 sirli tarixi şəkil - FOTOŞOP, yoxsa GERÇƏK
15:13 13 Aprel 2017
225 Digər
Ölkə mətbuatı
A- A+

Sizə təqdim edəcəyimiz şəkillər sadə insanlar tərəfindən çəkilib. Şəkillər tamamilə orijinal versiyadadır. Heç bir qrafik müdaxiləyə yol verilməyib. Belə olan halda suallar daha da dərinləşir.

Publika.az sizə fantastik filmlərdən götürüldüyünə inanılan, lakin tamamilə gerçək 10 maraqlı fotonu təqdim edir:

İnternetdə çoxdan yayımlanan və saysız-hesabsız paylaşılan bu şəkilin fotoşop olduğu deyilir. İddialara heç bir əsas yoxdur. Çünki bu şəkil 1965-ci ildə məşhur fotoqraf Robert Le Serrak tərəfindən Avstraliyanın Huk gölündə çəkilib. Fotoqraf su altında hərəkət edən nəhəng obyektin şəklini çəkib və onu şəxsi hesabında yayımlayıb. Bu günə qədər bütün zooloqlar bu şəklin gerçək olmadığını iddia edirlər. Xatırladaq ki 1965-ci ildə qrafik proqram (Fotoşop) mövcud olmayıb.

Bu şəkil norveçli fotoqraf tərəfindən Tronxeym şəhərindən 120 km aralıda yerləşən Xessdalen vadisində çəkilib. Fotoqraf 30 saniyə içərisində vadi üzərindən uçan qəribə işıqsaçan obyektin şəkilini çəkib. Bu, ilk və tək sübut deyil. Araşdırmalar obyektin silisium, dəmir və skandiumdan ibarət olduğunu göstərsə də, alimlər indiyə qədər bilmirlər ki, bu naməlum obyektlər nədir.

İlk dəfə 1960-cı ildə süni peyk bu naməlum obyektin şəklini çəkib. NASA mütəxəssisləri isə dərhal onu "Qara cəngavər" adlandırdılar. O vaxtdan sirli obyekt dəfələrlə görüntülənib. Yerin orbitində yerləşən "qara cəngavər" gah yoxa çıxır, gah görünür. Alimlər bunun səbəbini hələ də başa düşə bilməyiblər. Onlar düşünür ki, bəlkə də bu, hansısa süni mənşəli obyektin qırıntılarıdır.

Gördüyünüz bu şəkil 1963-cü il noyabrın 22-də Dallasda çəkilib. Həmin gün Amerika prezidenti Con Kennedi öldürülmüşdü. Cinayət günü fotoqraflar yüzlərlə şəkil çəkmişdi. Demək olar ki, əksər şəkillərdə gördüyünüz bu sirli qadın yer alır. Xüsusi xidmət orqanları qadının kimliyini müəyyən etmək istəsələr də, nail olmayıblar. Ona görə yox ki, prezidenti bu qadın öldürə bilərdi. Diqqət etsəz qadının əlində kamera var. Təhlükəsizlik orqanları güman edirdilər ki, qadın təsadüfən prezidentin qatilinin şəklini çəkmiş ola bilərdi. Naməlum qadına "Babushka Lady"-i ləqəbi vermişdilər. Çünki başına rus nənələri kimi örpək atmışdı.

2001-ci il sentyabr ayının 11-də Nyu-Yorkda baş vermiş terrorda çəkilən şəkil insanları dəhşətə gətirib. Terror günü fotoqraf Riçard Dryunun çəkdiyi şəkil bütün dünyanı bir-birinə vurdu. Çoxları kişinin bədəninin qəribə vəziyyətini müzakirə ediblər: o yıxılır, praktik olaraq nəyəsə ilişib asılı qalmaq qeyri-mümkündür. Şəkildəki insanın şəxsiyyətini təyin etmək mümkün olmayıb. Hərçənd hadisənin təsirində olan insanlar şəkildəki cavan oğlanın öz yaxınları olduğunu iddia ediblər.

Bu foto 1989-cu ildə Pekində çəkilib. Tyananmen meydanında naməlum bir kişi tankların qabağında yarım saata yaxın canlı sədd qurub. Baxmayaraq ki, şəkil dünyanın ən məşhur jurnallarının birinci səhifələrində çıxdı, kişinin kimliyi və sonrakı taleyi indiyə qədər müəmmalı olaraq qalıb.

2010-cu ildə Çarli Çaplinin 1928-ci ildə çəkilmiş "Sirk" adlı filminin DVD versiyaları çıxmağa başladı. Kadrlardan birində maraqlı nüans odur ki, bir qadının əlində mobil telefona bənzər nəsə var. Rejissor Corc Klark bildirdi ki, bu kadrları zamana səyahətlərin sübutu hesab etmək olar. Bir çoxları isə hesab edir ki, bu "yaxşı" düşünülmüş marketinq reklamından başqa bir şey deyil. Xatırladaq ki, ilk mobil telefon amerikalı John F. Mitchell ve Martin Cooper tərəfindən 1973-cü ildə kəşf olunub.

1964-cü ildə Cim Templton şəhərətrafı qəsəbədə istirahət edərkən 5 yaşlı qızının şəklini çəkmək qərarına gəlir. Cim iddia edir ki, ətrafda onlardan başqa heç kim yox idi. Fotoya baxanda qızının başı üzərindən insan skelteini xatırladan qəribə bir fiqur görünür. Foto üzərində aparılan tədqiqatlarda şəkilin qurma olmadığı qətiyyətlə bildirilib. Şəkildəki görüntünün səbəbi qaranlıq qalıb.

Birinci Dünya müharibəsində iştirak etmiş cənab Qoddar eskadronunun fotoalbomu. Albomdakı şəkillər içərisində ən qəribəsi budur. Şəkilə diqqətlə baxın. Ən arxa sırada Freddi Cekson dayanıb. Hansı ki, bu şəkil çəkildiyi gündən 2 gün əvvəl dünyasını dəyişmişdi. Daha maraqlısı isə odur ki, şəkil məhz Freddi Ceksonun dəfn mərasiminda çəkilib.

Bu foto "Apollon-17" missiyası zamanı lentə alınıb. Foto üzərində aparılan araşdırmalar şəkilə kənar müdaxilənin olmadığını aşkarlayıb. Lakin diqqətçəkən məqam başqadır. Şəkildə piramidaya bənzər görüntülər qeydə alınıb. Xatırladaq ki, 1972-ci il 11 dekabr tarixində "Apollon-17" Aya enib və onun səthinə Orion kapsulunu buraxıb. Mütəxəssislər şəkil əsasında iddia edirlər ki, Ayın əks tərəfində piramidalar mövcuddur.

Könül Cəfərli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR