Dövlət başçısını ÖLDÜRƏCƏKLƏR, qlobal faciənin ASTANASINDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
202 baxış·6 dəq oxu
Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır.
Koreya yarımadası ətrafında vəziyyət gərginləşməkdədir. Ekspertlər
Şimali Koreya hərbi müdaxilə və nüvə silahının tətbiqi ehtimalını
açıq şəkildə dilə gətirirlər. Şimali Koreyanın özü isə yeni nüvə
sınağını həyata keçirməyə hazırlaşır. Cenevrə və Astanada keçirilən
Suriya üzrə danışıqlar təxirə salına bilər. Rusiya baş nazirinin
müavini ABŞ-ın yeni raketlərlə hədələyib.
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprel ayının
16-dan qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və
vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı
fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə
uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər
keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki,
təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və
zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya
qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif
təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron
kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.
Təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü
və əməliyyatların keçirilməsinin müxtəlif üsulları məşq
etdiriləcək.
Qəbul edilmiş qərara əsasən qoşunların və idarəetmə
məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi,
səfərbərlik ehtiyatlarının toplanılaraq təyinatı üzrə göndərilməsi,
zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş
istiqamətlərdə tətbiqi, döyüş aviasiyasının ehtiyat aerodromlarına
köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat
atəş və start mövqelərinə çıxarılması icra olunacaq.
Təlimlər aprelin 21-dək davam edəcək.
Ermənistan silahlı qüvvələri işğal altında olan
Azərbaycan torpaqlarında hərbi təlim keçirir.
Ermənilər bu gün saat 11:00-dən etibarən Ağdamın Uzundərə adlanan
ərazisində təlimlərə başlayıb.
Erməni hərbçilər irimiqyaslı hərbi təlimlərdə əsasən ağır
artilleriya qurğularından istifadə edirlər. Ağır artilleriya və
zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış
məntəqələrində eşidilir.
Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası)
hökuməti ölkədə müharibə vəziyyəti elan edib.
Məlumata görə, paytaxt Pxenyanda mülkü əhalinin təxliyə edilməsi
işi başladılıb. Şimali Koreya lideri Kim Çen İn paytaxt əhalisinin
ən azı 25 faizinin təxliyə edilməsi əmrini verib.
Eyni zamanda, Şimali Koreya rəhbərliyi sürətli şəkildə
müharibəyə hazırlıq işlərinə başlayıb, ordunun bütün bölmələri
müharibəyə hazır vəziyyətə gətirilib. Həmçinin, ABŞ donanmasına
məxsus hərbi gəmilər və Yaponiya dəniz donanması da Koreya
yarımadasına yaxınlaşıb.
Nüvə müharibəsi başlayır – 4 dövlətin ordusu hazır vəziyyətə gətirildi
Dünya KİV-inin məlumatına görə, ABŞ-ın “Navy SEALS
Team 6” elit dəstəsi KXDR-lə münasibətlərdə gərginliyin artması
fonunda Koreya yarımadasına gəlib. İddiaya görə,
ABŞ-ın xüsusi təyinatlı dəstəsi hazırda Şimali Koreya liderinin
aradan qaldırılması üçün hərəkətləri yerinə yetirir. “The Sun”
qəzeti isə xatırladır ki, bu dəstənin döyüşçüləri “Əl-Qaidə” terror
təşkilatının lideri Üsamə Bin Ladeni məhv ediblər.
Bin Ladeni öldürən qrup dövlət başçısını qətlə yetirəcək - PLANIN İCRASI BAŞLANDI
Koreya Xalq Demokratik Respublikasının (KXDR) müasir
qiymətlərdirmələrə görə, 10-dan 20-ə qədər nüvə yükünə
malikdir. Ekspertlər qeyd edir ki, Cənubi Koreya və
Yaponiyanın sıx məskunlaşmış rayonlarına nüvə zərbəsi qlobal
miqyaslı faciə yaradacaq.
Eyni anda 20 nüvə zərbəsi və qlobal faciə... - İKİ ÖLKƏ YER ÜZÜNDƏN SİLİNƏCƏK
Şimali Koreya yeni nüvə sınağını həyata keçirməyə
hazırlaşır. “The New York Times” nəşrinin yazdığına
görə, amerikalı ekspertlərin sputnikdən apardıqları müşahidələr bu
sınaqların Mantapson dağlıq əraizində həyata keçiriləcəyini deməyə
əsas verir. Rəsmi Vaşinqton Şimali Koreyanın yeraltı raket
sınaqlarını məhz bu ərazidə apardığını iddia edir.
Xəbərə görə, bu son 10 ildə Şimali koreyanın həyata keçirdiyi ən
böyük sınaq olacaq.
Ekspertlərin fikrincə, rəsmi Pxenyan öz gücünü nümayiş etdirir,
buna görə də yeni sınağın 15 aprel tarixində, Şimali Koreyanın
qurucusu Kim İr Senin doğum günündə həyata keçiriləcəyi
gözlənilir.
Rəsmi Pxenyan bu günə qədər 5 yeraltı atom silahının sınağını
həyata keçirib.
“ABŞ Şimali Koreyaya genişmiqyaslı zərbələr
endirəcəyi halda, bir neçə yüz qanadlı “Tomaqavk” raketi cəlb
ediləcək. Amerika donanmasında bu raketlərlə təchiz edilmiş “Ohayo”
sinfindən dörd sualtı qayıq var. Əgər onların hamısı cəlb edilərsə,
onda Şimali Koreyaya 600 qanadlı raket buraxılacaq”.
Bunu Koreya yarımadası ətrafındakı son vəziyyəti şərh edən
Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko
Pravda.ru-ya müsahibəsində deyib.
III Dünya müharibəsi və 600 qanadlı raket eyni anda... - SSENARİ - VİDEO
ABŞ hakimiyyəti Şimali Koreyanın nüvə proqramına
qarşı çoxsəviyyəli strategiya hazırlayıb. “Röyters”
bildirir ki, əks addımların siyahısı kifayət qədər genişdir və
həmçinin güc metodlarını nəzərdə tutur. Ancaq ABŞ prezidenti ilk
növbədə diplomatik və iqtisadi ölçülərə baxır.
Vaşinqton sanksiyaları BMT-nin yolu ilə tətbiq edilə bilər.
"Yaxın vaxtlarda Rusiya yeni raketlər istehsal
edəcək. Bu raketlərlə ABŞ-ın müdafiə sistemini dəlik-deşik
edərik”. Bunu Rusiyanın Baş nazirinin müavini Dmitri
Roqozin bəyan edib.
Roqozin bildirib ki, hazırda Rusiyanın nüvə silahları keçmiş
Sovet İttifaqına məxsus olmuş klassik raketlərdən ibarətdir:
“Bu raketləri biz “Voevoda”, Qərb isə “Satana” adlandırır.
Hazırda biz yeni nəsil raketlərin hazırlanması istiqamətində fəal
işlər görürük. Qərbin köhnə Sovet İttifaqı raketlərindən çox
qorxmasına baxmayaraq, Rusiya ondan daha güclü və müasir raketlər
hazırlayacaq. Hazırda Rusiya hökuməti bu istiqamətdə ciddi işlər
həyata keçirir”.
ABŞ-ın başçılıq etdiyi koalisiyanın təyyarələri İŞİD
terror qruplaşmasının Deyr-ez-Zor əyalətindəki kimyəvi silah
anbarını bombalayıb. Suriya ordusunun Baş
qərargahından bildirilib ki, bombardman nəticəsində zəhərlənmədən
yüzlərlə İŞİD döyüşçüsü və dinc sakin həlak olub.
Türkiyə və ABŞ-ın mövqeləri dəqiqləşənə kimi həm
Cenevrə, həm də Astanada keçirilən Suriya üzrə danışıqlar təxirə
salına bilər. Bunu Rusiya Federasiya Şurasının xarici
əlaqələr komitəsinin sədr müavini Vladimir Cabbarov bildirib.
“Suriya danışıqlarının uzanacağından əminəm, çünki Türkiyənin bu
istiqamətdəki mövqeyi anlaşılmaz vəziyyətdədir”, - o deyib.
Senator bildirib ki, ABŞ-ın mövqeyi də dəqiqləşməlidir.
Amerika kəşfiyyatı Suriya hərbçiləri və kimya
ekspertlərinin İdlibdə zarin qazının tətbiqi ilə kimyəvi silah
hücumuna hazırlığını göstərən danışıqlarını
yaxalayıb. Bu haqda CNN telekanalına ABŞ
hökumətindəki mənbə bildirib. Bu məlumat kimyəvi hücumdan bir neçə
saat sonra toplanmış kəşfiyyat informasiyalarının icmalı zamanı
aşkar edilib. Telekanalın mənbəyi qeyd edib ki, Rusiya hərbçiləri
və ya kəşfiyyatçıların bu hücum haqqında məlumatlı olduğuna dair
heç bir informasiya əldə edilməyib.
Moskvaya BÖYÜK ZƏRBƏ: ABŞ kəşfiyyatı danışıqları ƏLƏ KEÇİRDİ
Ukraynanın “Obozrevatel” nəşrinə Rusiya jurnalisti
Leonid Radzixovski Suriyada kimya hücum haqqında qətnamə
layihəsinin səsverməsini BMT-nin bütün mövcudluğu ərzində Rusiya
üçün “ən biabırçı” adlandırıb.
“Rusiya həqiqətən tam siyasi təcrid vəziyyətindədir. Bu,
eksperimental faktdır. Əgər Boliviya, həmçinin İran, Şimali Koreya
və “Hizbullah” sizi dəstəkləyirsə, onda bu nə adlanır?” –
Radzixovski bildirib.
Fransa prezidenti Fransua Olland hesab edir ki,
ABŞ-ın Şayrat bazasına zərbə endirməsindən sonra müharibənin
bitməsi ilə bağlı unikal imkanlar yaranıb. O,
jurnalistlərə açıqlamasında deyib ki, Rusiyanın mövqelərinin
zəifləməsindən istifadə edilərək, Suriya müharibəsinə son
qoyulmalıdır:
“ABŞ-ın Şayrat bazasına endirdiyi zərbələr Kremlin səssiz
razılığı ilə baş tutdu. Putinin mövqeləri zəiflədi. Uzun müddət
ərzində o düşünürdü ki, əlləri tam olaraq açılıb. Onun Türkiyə ilə
razılaşması, İranla müttəfiqliyi var idi. Əsəd rejimi isə döyüşdə
yeni mövqelər ələ keçirirdi. Artıq yeni imkanlar yaranıb. İdlibdəki
kimyəvi hücumdan sonra Fransanın altı ildir dəyişməz qalan “Əsəd
getməlidir” mövqeyi axır ki, eşidilmək şansı qazanıb. Biz bu sonsuz
müharibəyə son qoya bilərik”.