"Onun iki qabırğası" komediyası Naxçıvan səhnəsində

"Onun iki qabırğası" komediyası Naxçıvan səhnəsində
11:27 21 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin "Onun iki qabırğası" iki hissəli komediyası əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası nümayiş etdirilib.

Milli.Az naxcivantv.az-a istinadla xəbər verir ki, tamaşa tanınmış dramaturqun "Ağa Məhəmməd şah Qacar" və "Varlı qadın" pyeslərindən sonra Naxçıvan teatrında səhnəyə qoyulan üçüncü əsəridir. Əsərdə keçid dövrünə xas olan ailə dramı mövzusunda yazılmış komediyanın səhnə təcəssümü dövrün mənzərəsini yaradan tamaşa kimi maraqla izlənib.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyev kiçik aktyor heyəti ilə maraqlı və dinamik səhnə əsəri yarada bilib.

Tamaşanın rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.
Əsas rolları əməkdar artistlər Əbülfəz İmanov, Bəhruz Haxverdiyev, artistlərdən Nurbəniz Niftəliyeva, Zəminə Baxşaəliyeva, Cəbrayıl Nəbiyev və Nazlı Hüseynquliyeva ifa ediblər.

Onu da qeyd edək ki, Əli Əmirlinin 1994-cü ildə qələmə aldığı bu komediya ilk dəfə mərhum rejissor Hüseynağa Atakişiyevin qurluşunda onun rəhbərlik etdiyi Dövlət Gənclər teatrında tamaşaya qoyulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR