UEFA-dan “Beşiktaş” və “Trabzonspor”a şok qərar

UEFA-dan “Beşiktaş” və “Trabzonspor”a şok qərar
22:09 21 Aprel 2017
95 Digər
Ölkə mətbuatı
A- A+

UEFA “Beşiktaş” və “Trabzonspor”u şoka salacaq qərar verib. Apasport.az saytının məlumatına görə, qitənin ali futbol qurumundan bildirilib ki, hər iki komanda 2016/17 mövsümü üçün maliyyə “Feyr-Pley” qaydalarına qismən əməl ediblər.

 

Buna görə də onlara qarşı tətbiq edilən bəzi qərarlar qüvvədə qalacaq. Belə ki, hər iki komanda növbəti mövsüm üçün Avrokuboklarda iştirak ərizəsinə məhdud sayda oyunçu əlavə edə biləcək. Üstəlik, iki komandanın da transferlərdəki məhdudiyyəti davam edəcək. Bu komandaların UEFA ilə olan razılaşması 2018/19 mövsümünün sonuna qədər davam edəcək.

 

Digər tərəfdən, “Fənərbaxça”nın 2016/17 mövsümü üçün müəyyən olunmuş hədəflərə çatdığı, ancaq 2019/20 mövsümünə kimi müşahidə altında olacağı bildirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR