Türkiyədə PKK-çılarla atışma: 1 əsgər şəhid oldu

Türkiyədə PKK-çılarla atışma:  1 əsgər şəhid oldu
23:34 21 Aprel 2017
140 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Şırnak vilayətində təhlükəsizlik qüvvələri  ilə PKK terrorçuları arasında baş verən atışmada 1 əsgər şəhid olub, daha 1-i yaralanıb  

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yaralı əsgər Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.

 

Vilayətin Bestler-Dereler bölgəsində həyata keçirilən əməliyyat nəticəsində 29 terrorçu məhv edilib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Şırnakın Uludərə bölgəsində terrorçularla qarşıdurmada 2 əsgər şəhid olub, daha 2-si yaralanmışdı. Bölgədə terrorçulara qarşı əməliyyat davam edir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR