Asiya Çempionlar Liqasında ötən axşam "B" qrupunun 5-ci turunun oyunları keçirilib.

Braziliyalı ulduz futbolçu Halkın şərəfini qoruduğu Çinin "Şanxay Telleys" klubu Cənubi Koreyanın "Seul" komandasını qəbul edib.

Milli.Az sports.ru-ya istinadən xəbər verir ki, ev sahiblərinin 4:2 hesabı ilə qalib gəldikləri oyunda komandasının qələbə qollarından birinə imza atan Halk qol sevincini qeyri-adi tərzdə qeyd edib.

Sambaçı "Seul"un qapıçısı Odil Əhmədova uzaqdan vurduğu qola sevinərkən bir anlıq özünü yataqdakı kimi hiss edib. Belə ki, Halk qol sevincini yan xəttə doğru qaçaraq havaya qalxıb etdiyi intim hərəkəti ilə dünya mediasının diqqətini çəkib.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Meydanda sevindi, özünü yataqda sandı - VİDEOMəşhur futbolçu qol sevincini belə ilə qeyd etdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində