Kambocalı qız diş həkiminə gedib canından oldu.

Metbuat.az xəbər verir ki, 18 yaşlı Sut Ret dişini çəkdirmək istəyərkən ət yeyən bakteriyaya yoluxub.

Bakteriya 3 ay ərzində qızın üzünün yarısını parçalayaraq yox edib. İnfeksiya qanına qarışdığı üçün hədsiz çəki itirərək, 38 kiloya düşüb.

Xəstəxanaya çatdırılan qız ölümlə çarpışır.

Aytən Novruzova / Metbuat.az