ABŞ prezidenti Donald Tramp Cənubi Koreyanın THAAD - raket əleyhinə müdafiə sistemi üçün 1 milyard dollar ödəməsini tələb edib.
Publika.az xəbər verir ki, Tramp Seulla dəhşətli ticarət razılaşmasını təkrar gözdən keçirəcəyini bəyan edib.
ABŞ-ın Sakit okean komandanlığının admiralı Harri Harris bildirib ki, amerikanın raket əleyhinə müdafidə sistemi THAAD yaxın günlərdə Cənubi Koreyada işə salınacaq.
ABŞ-ın KXDR tərəfindən raket təhlükəsinə qarşı Cənubi Koreyada quraşdıracağı THAAD artıq Çinin və Rusiyanın ciddi narahatçılığına səbəb olub.
Könül Cəfərli