Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri aprelin 28-də Moskvada görüşüblər. Koreya yarımadası ətrafında vəziyyət gərgin olaraq qalır. Fransada prezident seçkilərinin birinci turu keçirilib. ABŞ prezidenti Donald Tramp aprelin 24-də sələfinin etdiyini təkrarladı.Moskva və Ankara S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması haqqında razılıq əldə edib.Türkiyə Silahlı Qüvvələri aprelin 25-də İraqın şimalında yerləşən Sincar bölgəsində PKK terror təşkilatına qarşı ilk dəfə hava əməliyyatı təşkil etməklə böyük hücumun anonsunu verdi.

Dağlıq Qarabağ münaqişəsi

Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri aprelin 28-də Moskvada görüşüblər. Görüşdə 2016-cı ilin mayında keçirilən Vyana və iyunda keçirilən Sankt-Peterburq görüşlərində nail olunmuş razılıqların icrasına ehtiyac olduğu vurğulanıb. Azərbaycan və Ermənistan XİN rəhbərləri münaqişənin həllinə kömək etdiyi üçün Rusiya xarici işlər nazirinə minnətdarlıq edib.

Nazirlər bütün məsələlərin müzakirəsi üçün əlaqələrin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Üçtərəfli danışıqlarda Minsk qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak edib.

Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” adlı qəzetində Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi haqqında geniş məqalə dərc olunub.Plexanov adına RİU-nun politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Nikolayeviç Perenciyevin müəllifi olduğu məqalədə bildirilir ki, Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır.

“Şeytan ittifaqı”nın hədəfi və Qarabağda BÖYÜK MÜHARİBƏ: 10 dəqiqə içində... HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Rus elm xadimi: “Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır”