Dünya karatesinin "Brilyant oğlanı” Rafael Ağayev yeni doğulmuş oğlunun fotosunu paylaşıb.

Metbuat.az xəbər verir ki, karateçi martda dünyaya gələn övladına Ramal adını qoyub.

Ötən il ailə quran karatenin "Brilyant oğlanı” karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında qızıl medal qazanıb.

Aytən Novruzova / Metbuat.az