Martın 22-si və 23-də Novruz bayramı münasibətiylə Heydər Əliyev Sarayında “Xonçalı Novruz gəlir” adlı konsert keçirilib.
Axşam.az-ın məlumatına görə, uşaqlar üçün nəzərdə tutulan tədbirdə maraqlı anlar yaşanıb. Bayram konsertində uşaq kollektivləri yeni musiqili kompozisiyalar, milli və müasir rəqslərlə çıxış ediblər.
Tədbirdə Novruzun sevilən personajları Bahar qızı, Kosa, Keçəl, estrada müğənniləri və “Asiman”, “Zirvə”, “Aysel”, “Natiq” rəqs qrupları iştirak ediblər.
Konsertə Heydər Əliyev Sarayının rəhbərliyinin dəvəti ilə yerli və beynəlxalq əlillər, şəhid ailələri cəmiyyətləri, uşaq evlərinin, kimsəsiz, əlil, qüsurlu, daun sindromlu uşaq cəmiyyətlərinin sakinləri qatılıblar.