Bill Qeyts nəcisdən hazırlanan suyu içdi

Bill Qeyts nəcisdən hazırlanan suyu içdi
20:43 7 Yanvar 2015
277 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Məftun Salmanov/

Məşhur milyarder Bill Qeyts insan nəcisi olan tullantıdan hazırlanaraq filtrdən keçirilmiş suyu içib.

Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, B.Qeyts öz bloqunda yayımladığı videoda suyu hazırlayan aparatın iş prinsipini və etibarlı olduğunu göstərib.

Qurğu milyarderin təsisçi ortaqlarından biri olduğu "Janicki Bioenergy" şirkəti tərəfindən istehsal edilir. "OmniProcessor" adı verilən texnologiya sayəsində 100 min insanın nəcisindən 86 min litr təmiz su və 250 kilovat elektrik enerjisi istehsal etmək mümkündür.

B.Qeyts bununla dünyada su çatışmazlığı probleminə diqqət çəkmək istəyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2350817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR