Azərbaycan cüdoçusu, Avropa çempionu Hidayət Heydərov IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda mübarizəyə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 1/8 finalda H.Heydərovun rəqibi Toqo təmsilçisi Frederik Adebayo Olimpio olub.

Gərgin keçən mübarizədə idmançımız rəqibinə qalib gəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində