Nigeriyanın Niger əyalətində məscidə hücum edilib.
Metbuat.az bildirir ki, insident nəticəsində 20 nəfər dünyasını dəyişib. Məlumatı Niger polis idarəsinin mətbuat nümayəndəsi Bala Elkana təsdiqləyib.
Bölgədə yerli əkinçilər və köçəri çobanlar arasında tez-tez münaqişələr meydana gəlir. Məhz bu hücumun da Fulani çobanları tərəfindən törədildiyi iddia olunur.
Qeyd edək ki, son iki il ərzində Nigeriyanın şimal-şərqində çobanlar və yerli əkinçilər arasında baş verən qarşıdurmalarda 400-dən artıq insan ölüb.