"Report" "Anadolu"ya istinadən xəbər verir ki, məscidə hücum edənlərin kim olduğu hələ ki, məlum deyil.
Bildirilir ki, bölgədə otlaqlar üstündə kəndli fermerlər ilə köçəri çobanlar arasında tez-tez toqquşmalar baş verir. Son hücumda da Fulani çobanlarının məsul olduğu iddia edilir.
Son iki ildə ölkənin şimal-şərqində çobanlar ilə fermerlər arasında baş verən toqquşmalarda 400-dən çox adam ölüb.