Play Store

Çunayev və Məmmədov “bürünc” qazandı - FOTOLAR

Çunayev və Məmmədov “bürünc” qazandı - FOTOLAR
19:43 17 May 2017
132 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarına start verilib. İlk olaraq yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulub.

Publika.az xəbər verir ki, ilk gündə 59, 71, 80 və 98 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanlarımız qızıl medal uğrunda yarışırlar. Murad Məmmədov, Rəsul Çunayev, Rafiq Hüseynov və Orxan Nuriyev İslamiadaya 1/4 final mərhələsindən start veriblər.

59 kq

Bu çəkidəki təmsilçimiz Murad Məmmədovun ilk rəqibi Mohammad Nurbaxş (İran) olub. Onu 10:4 hesabı ilə üstələyən idmançımız yarımfinalda qırğızıstanlı Kanıbek Yolçubekova yenilib – 3:5. Məmmədov bürünc medal uğrunda görüşdə İordaniyadan olan Rayek Mustafa Alqade ilə üz-üzə gəlib. Vaxtından əvvəl qələbə qazanan güləşçimiz bürünc medal qazanıb.

71 kq

Olimpiadanın bürünc mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev 1/4 finaldakı rəqibi Akrem Bucemlin (Əlcəzair) önündə çətinlik çəkməyib. Vaxtından əvvəl xalçanı qalib tərk edən (8:0) Çunayev yarımfinalda Məhəmmədəli Gerai (İran) ilə qarşılaşıb.

Pəhləvanımız 5:0 hesabı ilə önə keçməsinə baxmayaraq, bu üstünlüyü qoruya bilməyib. Nəticədə gözlənilmədən məğlubiyyətlə üzləşən 26 yaşlı güləşçi “bürünc” üçün yarışıb. Onun yarışdakı son rəqibi türkiyəli İlkər Sönməz olub. Bu görüşdə qələbə qazanan Çunayev aktivinə bürünc medal yazdırıb.

80 kq

Bu çəkidəki idmançımız Rafiq Hüseynov ardıcıl qələbələrlə zala toplaşanları sevindirib. 1/4 finalda qırğızıstanlı Atabek Azisbekova (5:1), yarımfinalda isə əlcəzairli Baçir Sid Azaraya (10:1) qalib gələn Avropa çempionumuz həlledici görüşdə Yusef Qaderiana (İran) da eyni aqibəti yaşatmağa çalışacaq.

98 kq

Azərbaycanı bu çəkidə Orxan Nuriyev təmsil edib. 1/4 final mərhələsində Tayab Raza ilə görüşən gənc güləşçimiz pakistanlıya göz açmaq imkanı verməyib – 9:0. 22 yaşlı idmançının final yolundakı son rəqibi Rustam Assakalov (Özbəkistan) olub. Bu dəfə 5:0 hesablı qələbəyə sevinən Nuriyev həlledici görüşdə qırğızıstanlı Uzur Cuzupbekovdan güclü olduğunu sübut etməli olacaq.

Foto: Nurlan Gülməmmədov


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/199180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR