ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Bəşər Əsədin Suriyanın cənubundakı mövqelərinin vurulduğunu bəyan edib.
Metbuat.az-ın məlumatına görə, Pentaqonun yazılı bəyanatında qeyd olunub:
"El Tanf yaxınlığında hava hücumu ilə rejim qüvvələrinə zərbə endirilib. Hücumun detalları ilə bağlı açıqlama yayımlanacaq".