3 gün toy edəcək Abbasdan maraqlı qərar: "Vağzalı səslənməyəcək"

3 gün toy edəcək Abbasdan maraqlı qərar: "Vağzalı səslənməyəcək"
11:44 19 May 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

 

Əməkdar artist Abbas Bağırovun toyunda vağzalı səslənməyəcək. Lent.az-ın məlumatına görə, müğənni bu barədə “Hər şey daxil” verilişində deyib: “Düz 3 gün toy edəcəm. Mayın 23-də edəcəyim kişi toyu tamam başqa cür olacaq. Başqa tərzdə edəcəyim məclisin fərqliliyini yalnız toyumda olanlar görəcək. Musiqiçi olduğum üçün istədim ki, şad günümü həmkarlarımla bölüşüm. Hamını bir gündə toya dəvət eləsəm, alınmaz. Ona görə də toy 3 gün olacaq. Bəy-gəlinli toyum yalnız ailə üzvlərimin əhatəsində keçiriləcək. Həmin toyda az adam olacaq. Çünki adi qapıda vağzalı səsləndirməyə razı deyiləm. Vağzalı elə mənim ürəyimdə səslənir, bu mənə bəs edir. Əsas insan xoşbəxt olsun, xırda şeylər boşdur. Yəni standartlardan uzaq insanam. Bir çox toylar görmüşəm, istədim ki, fərqlənəm".

 

Onu da əlavə edək ki, ifaçının kişi toyu mayın 23-də paytaxt restoranlarının birində keçiriləcək. Qız toyu isə Gəncədə baş tutacaq. 

 

Qeyd edək ki, bu, Abbasın ikinci nikahıdır. Onun birinci evliliyindən bir qızı var.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274940

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR