Şimali Koreya liderindən çılğın hərəkət

ABŞ daha bir təyyarə daşıyan gəmisini Şimali Koreya sərhədinə göndərib.

Metbuat.az xəbər verir ki, ABŞ-ın "Karl Vinson"dan sonra "Ronald Reyqan" təyyarə daşıyan gəmisi də Koreya yarımadasında təlimlərə qatılacaq.

Belə bir zamanda Şimali Koreyanın "Hwasong-12" tipli nüvə başlığı daşıyan raketini sınaqdan çıxaran hərbçilər Pxenyanda təntənə ilə qarşılanıb.

2100 metr yüksəkliyi fəth edib, 787 kilometr məsafə qət edən "Hwasong-12" tipli raket sınaqdan uğurla çıxıb.

Əsgərlər və raketi ərsəyə gətirən mühəndislər çiçək və bayraqla qarşılanıb.

Sözügedən Raket Şimali Koreyanın ötən ay qeyd olunan “Günəş Günü”ndə nümayiş etdirilmişdi.

Şimali Koreya bu ilin 5 ayı ərzində 10 nüvə başlıqlı raket sınaqdan çıxarıb. Sınaqlar əvvəlki illərə nisbətən çoxluq təşkil edib.

ABŞ mütəxəssislərinin fikrincə, Şimali Koreyanın "Taepondong-2" nüvə başlıqlı raketi Türkiyə, Almaniya, İngiltərə ilə birlikdə ABŞ-ın qərb əyalətlərini vura bilər. Sözü gedən raket hələ ki, hazır deyil.

Şimali Koreyanın 21 mindən çox top və nüvə başlığı Cənubi Koreyanın paytaxtı Seul və ətrafda yaşayan 25 milyon insanı təhlükə altında saxlayır.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR