İslamiadanın bağlanış günü Bakıda bu yollar bağlanacaq

İslamiadanın bağlanış günü Bakıda bu yollar bağlanacaq
10:34 20 May 2017
121 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsi IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü - mayın 22-də Bakı yollarında nəqliyyatın hərəkətində məhdudiyyətlər tətbiq olunacağını açıqlayıb.

 

APA-nın məlumatına görə, həmin gün Heydər Əliyev prospektinin "Excelsior" otelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Neftçilər prospektinin "Azneft" meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra ümumi yol hərəkəti üçün bağlı olacaq.

 

Bağlanış mərasimini izləmək üçün tamaşaçılar Bakı Olimpiya Stadionuna metro və Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilən ekspress xətt avtobusları vasitəsi ilə gedə bilərlər.

 

Bakı Olimpiya Stadionuna ən yaxın metro stansiyası olan "Koroğlu" stansiyasında qatarlar orta hesabla iki dəqiqəlik intervalla hərəkət edəcək və gecə saat 2-dək işləyəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR