Play Store

"MƏN FAHİŞƏ DEYİLƏM”

Çox vaxt kənardan xoşbəxt olduğunu düşündüyümüz bəzi məşhurlar əslində göründükləri kimi deyillər.

Onlar öz həyatını özləri seçməsələr də, bəzən sənətlərinin qurbanı olurlar. Sənətinin qurbanı olan aktrisalardan biri də türkiyəli tanınmış Seher Şenizdir.

Metbuat.az xəbər verir ki, Seher Şeniz Türkiyənin ən gözəl aktrisası olub və ilk dəfə “Tarkan Vikinq qanı” filmində rol alıb. Yaradıcılığında əvvəllər daha ciddi obrazlara üstünlük versə də, daha sonra gözəlliyi ilə daha cəsarətli səhnələrdə rol alıb. Seher Şeniz "Playboy" jurnalında şəkli olan ilk türk aktrisasıdır.

Qeyd edək ki, aktrisaya uşaq yaşlarında təcavüz olunduğu da deyilir. Çox qısa zamanda məşhurlaşan aktrisa iki dəfə intihar etmək istəyib. Birinci dəfə uğursuz alınsa da, ikinci dəfə o istəyinə nail olaraq özünü öldürüb.

Aktrisa özünü öldürməmişdən öncə məktubunda bunları yazıb

“Hələ 15 yaşımda anlamışdım insanların nə olduğunu. Mən fahişə olmaq üçün gəlmədim”.

Rəvan Nasiroğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR