Məşhur türk müğənnisi Bülent Ersoyu veriliş çəkilişləri üçün getdiyi Hindistanda yaşıllıq sahədə istirahət zamanı ilan sancıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, qışqıraraq kömək istəyən məşhur sənətçinin köməyinə veriliş heyəti çatıb.

Bülent Ersoyu ilan vurdu - FOTO

Köməyə qaçan şəxslər ilanı öldürüblər. Sol ayağında şişkinlik və qızartı yaranan Bülent Ersoy ilk müdaxilənin ardından vaxt itirmədən xəstəxanaya çatdırılıb.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində