Sarkisyanın 2018-ci il QARABAĞ PLANI, Putin erməni İŞĞALINA... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
130 baxış·7 dəq oxu
ABŞ NATO-dakı tərəfdaşlarına Qafqazda və Suriyada
fəallaşmağı təklif edir. ABŞ Suriyada Rakka əməliyyatı öncəsi
İŞİD-lə görüş keçirib. Abxaziyanı qarış-qarış işğal edən erməni
diasporu getdikcə böyük problemə çevrilir. Cenevrədə keçirilən
beynəlxalq silahsızlaşdırmaq üzrə konfransda Şimali Koreya
nümayəndəsi ABŞ-ı hədələyib. İraqın paytaxtı Bağdadda son 24 saat
ərzində ikinci partlayış baş verib.
“Serj Sarkisyan 2018-ci ildə hakimiyyətdə qalmaq
üçün hər şeyi edəcək”. Bu barədə qondarma “DQR”
“parlamentinin” “deputatı” Ayk Hanumyan deyib.
O, Sarkisyanın nə edəcəyini qabaqcadan dəqiq deyə bilməyəcəyini
açıqlayıb. Lakin Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı konkret
addımların atılacağını istisna etməyib.
“Hesab edirəm ki, Qarabağda sosial həyatı inkişaf etdirərək,
danışıqlar masasında əlimizi gücləndirə bilərik. Lakin biz bunu
görmürük, bütün proqramlar kağız üzərindədir. Sarkisyan
hakimiyyətini qorumağı düşünür və bunun üçün hər şeyi edəcək. Hətta
münaqişənin həlli ilə bağlı güzəştlərə (ermənilər ərazilərin
qaytarılmasını “güzəşt” olaraq təqdim edirlər - red.) də getməsi
istisna deyil”, - deyə Hanumyan bildirib.
Bir müddət öncə Rusiya Liberal-Demokrat Partiyasının
lideri, Duma üzvü Vladimir Jirinoviskinin “Abxaziya yemək üçün
ermənilərə verilib” sözləri mediada geniş yayıldı. Olduqca sərt
danışan Jirinoviskinin bu sözlərinin əslində Kremldə də ciddi qəbul
edildiyinə dair informasiyalar var. Hətta Kreml rəhbərliyinin
vəziyyətlə yaxından maraqlandığı deyilir.
Problem Abxaziyanı qarış-qarış işğal edən erməni diasporudur.
Hansı ki, abxaz mediası ermənilərin tanınmamış respublikanın bütün
sferalarında yerləşməsi ilə bağlı zaman-zaman siqnal verirdi.
İrəvanın qorxunc hiyləgərliyi: Putin ERMƏNİ İŞĞALINA qarşı hərəkətə keçdi
ABŞ NATO-dakı tərəfdaşlarına Qafqazda və Suriyada
fəallaşmağı təklif edir. Bu barədə Avrasiya İqtisadi
İttifaqının Yaxın Şərq və Avropa institutunun direktoru Vladimir
Lepexin ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistan səfərinin
nəticələrini şərh edərkən deyib.
V. Lepexin hesab edir ki, Tramp NATO-nun Yaxın Şərqdə və
Qafqazda aktivləşməsini istəyir.
Trampın yeni HƏDƏFLƏRİ BƏLLİ OLDU: ordu Qafqaza göndərilir, Azərbaycan...
ABŞ Suriyada Rakka əməliyyatı öncəsi İŞİD-lə görüş
keçirib. Bu barədə İsrail kəşfiyyatı MOSSAD-a yaxın
olan “Debka” saytı yazıb. Sayt qeyd edir ki, Pentaqonun məqsədi
Rakkanı döyüş olmadan xilas etməkdir. İŞİD-lə görüşən ABŞ-ın
məqsədi zaman qazanaraq, İraq və Suriya sərhədinə ikitərəfli hücum
etmək və İranın Aralıq dənizindən açmaq istədiyi yolu
bağlamaqdır.
MOSSAD gizli PLANI AÇDI: ABŞ qonşumuzu vurmaq üçün hərəkətə keçdi - DETALLAR
Çeçenistanın rəhbəri Ramzan Kadırov Fransa
prezidenti Emmanuel Makronu və Almaniya kansleri Angela Merkeli
homoseksuallarla bağlı vəziyyətlə yaxından tanış olmaq üçün
Qroznıya dəvət edib. Kadırov Çeçenistanda
homoseksualların qətlə yetirildiyi haqda deyilənləri böhtan
adlandırıb.
“Bu informasiyalar böhtandır. Makronla Merkel vəziyyətlə tanış
olmaq üçün Çeçenistana gələ bilərlər. Qapımız açıqdır”, - deyə o
bildirib.
Qeyd edək ki, Rusiya KİV-i Çeçenistanda homoseksualların kütləvi
həbs və öldürülməsi haqda məlumat yaymışdı. Bundan sonra Qərb
liderləri Rusiya prezidenti Vladimir Putinə narahatlıqlarını
bildirib.
“Rusiya prezidenti Vladimir Putin dünya ölkələri
üçün İŞİD-dən daha çox təhdid yaradır”. Bunu ABŞ
prezidentliyinə keçmiş namizəd, Arizona ştatının senatoru Con
Makkeyn Avstraliyanın “ABC” dövlət telekanalına verdiyi
müsahibəsində bildirib.
Con Makkeyn deyib ki, Putin İŞİD-dən daha çox təhlükəlidir: “Ona
görə də bizim üçün ən böyük problem İŞİD deyil, Rusiyadır. Hesab
edirəm ki, ABŞ Senatı Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar
tətbiq edilməlidir. Bu zaman Rusiyanın təhdidlərinin qarşısı alına
bilər”.
Cenevrədə keçirilən beynəlxalq silahsızlaşdırmaq
üzrə konfransda Şimali Koreya nümayəndəsi ABŞ-ı
hədələyib. Pxenyanın nümayəndəsi ABŞ-ın Şimali
Koreyanı əsassız yerə təcrid etdiyini, ballistik raketlər və nüvə
sınaqlarına haqqı olmadan qarışdığını deyib. Əlavə edib ki, ABŞ-ın
təzyiqləri artdıqca, Pxenyan silah arsenalının müasirləşdirilməsini
ikiqat artıracaq.
“ABŞ-ın sübutsuz davranışı və onların müttəfiqləri bizim
özünümüdafiəmizin qanuniliyini inkar edir. Lakin bu, bizim nüvə
potensialımızı və silah arsenalımızı iki qat artırmağa məcbur
edəcək”, - deyə Şimali Koreya nümayəndə heyətinin üzvü
bildirib.
Qeyd edək ki, ABŞ Şimali Koreyanın ballistik raket sınaqlarını,
həmçinin, nüvə potensuialını dünya üçün təhlükə adlandıraraq,
Koreya yarımadasına qoşun yeridib. Hazırda qarşıdurma davam
edir.
ABŞ prezidenti Donald Tramp Tvitter sosial şəbəkəsi
üzərindən paylaşdığı statusları ilə daim gündəmi zəbt etməyi
bacarır. Tramp, Şimali Koreyanın həyata keçirdiyi
üçüncü nüvə raket sınaqlarının Çinə qarşı böyük hörmətsizlik
olduğunu düşünür.
Bu barədə o, özünün tivitter hesabında yazıb: "Şimali Koreya
həyata keçirdiyi raket sınaqları qonşusu Çinə böyük
hörmətsizlikdir. Çin buna cavab verməmək üçün özünü təmkinli
aparmağa çalışır".
Amerika xüsusi xidmət orqanları ABŞ-da seçkiqabağı
prezident kampaniyası dövründə Rusiya rəsmi şəxsləri arasında
danışıqları ələ keçirib. Bu haqda ABŞ Konqresindəki
mənbələrə və kəşfiyyatın keçmiş əməkdaşlarına istinadən CNN
telekanalı bildirib.
Bildirilir ki, danışıqlarda indiki amerika lideri Donald Tramp
və onun köməkçiləri haqqında potensial ləkələyici məzmunlu
informasiyalar müzakirə edilirdi.
Amerika kəşfiyyatı rusların danışıqlarını ələ keçirdi – TRAMPI LƏKƏLƏYƏCƏKLƏR
Almaniyanın xarici işlər naziri Simger Gabriel ötən
həftənin sonunda keçirilən G7 sammitindən sonra dünyadakı güclərin
balansının dəyişdiyini açıqlayıb. Alman nazir ABŞ
prezidenti Donald Trampın öz ölkəsinin maraqlarının düşündüyünü,
beynəlxalq maraqları kənara atdığını bildirib.
Dünyada güc balansı dəyişdi – ABŞ-Almaniya QARŞIDURMASI
Almaniya ilə aramızda böyük ticarət defisiti
var. Bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti
Donald Tramp paylaşıb.
“Almaniya ilə aramızda böyük ticarət defisiti var. Üstəlik,
onlar NATO-ya lazım olandan daha az ödəniş edirlər. Bu, ABŞ üçün
çox pisdir. Bu dəyişəcək”- prezident bildirib.
Qeyd edək ki, bundan öncə Almaniya XİN rəhbəri Ziqmar Qabriyel
ABŞ-ın dünyadakı liderliyinin sona çatdığını bildirmişdi.
ABŞ prezidenti Donald Trampın prezidentliyinin
beşinci ayında Ağ Evdə ikinci böyük istefa reallaşıb.
Bu haqda “ABC Nyus” bildirib. Xəbərə görə, Ağ Evin kommunikasiya
məsələləri üzrə direktoru Mayk Dabki istefa verib.
Bildirilir ki, Dabki əslində mayın 18-də istefa məktubunu
vermişdi, ancaq istefanın açıqlanması üçün prezident Trampın ilk
xarici səfərinin başa çatması gözlənildi. Prezident ölkəyə qayıdana
kimi vəzifəsini davam etdirən Maykl Dabkinin istefa qərarı rəsmi
olaraq açıqlanıb.
Daha əvvəl isə Rusiya ilə gizli danışıqlar aparmaqda ittiham
olunan prezidentin mlli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi
Maykl Flinn vəzifəyə başladıqdan üç həftə sonra istefa vermək
məcburiyyətində qalmışdı.
ABŞ hökuməti Balkan yarımadası və Şərqi Avropada
fəaliyyət aparacaq yeni kəşfiyyat xidməti yaratmağı
planlaşdırır. RT televiziyası artıq ABŞ dövlət
satınalmalarının saytında bununla bağlı müqavilənin
yerləşdirildiyini bildirib.
Müqavilədə yeni yaradılacaq qrupun əsas fəaliyyətinin
məlumatların analizi, kəşfiyyat əməliyyatlarının təşkili və
planlaşdırılmasından ibarət olacağı vurğulanıb.
İraqın paytaxtı Bağdadda son 24 saat ərzində ikinci
partlayış baş verib. “Əl- Cəzirə” televiziyası terakt
nəticəsində 7 nəfərin həlak olduğunu, 30 nəfərin isə yaralandığını
bildirib.
Qeyd edək ki, bundan öncə Bağdadda baş verən partlayış zamanı 13
nəfər həlak olmuş, 30 nəfər yaralanmışdı.
Dünən Rusiyada leysan yağışla müşayiət olunan
qasıqğada ölənlərin sayı 16-ya çatıb. Ümüumilikdə 170
nəfərin zərər çəkdiyi hadisədə 108 nəfər ağır vəziyyətdə
xəstəxanalara yerləşdirilib. Xəsarət alanlardan 22 nəfəri azyaşlı
uşaqlardı.
Moskvanın Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripunun rəsmi
açıqlamasında qasırğanın sürətinin saniyədə 16 metrə çatdığı
bildirilib. Xəstəxanaya yerləşdirilən insanlara müxtəlif sınıqlar,
onurğa və kəllə-beyin travmaları ilə diaqnoz qoyulub.
Departamentdən bildirilib ki, zərərçəkənlərin tibb müəssilərinə
müraciətləri davam edir.
“Balkanlarda alban-Kosova siyasətçilərinin “Böyük
Albaniya”nı yaratmaq barədə planlarına mane olmaq üçün bütün
səyləri ortaya qoyacam”. Bunu Serbiyanın yeni
seçilmiş prezidenti Aleksandr Vuçiç baş nazir vəzifəsində son
mətbuat konfransında bildirib.
“Böyük Albaniya”ya gəlincə, düşünürəm ki, əlçatmazdır. Hər şeyi
edəcəyəm ki, onlar heç vaxt bu hədəfə nail olmasınlar”, - o
vurğulayıb.
Daha əvvəl Belqrad xəbərdarlıq edib ki, “Böyük Albaniya”
fantaziyası əsl dəhşətə gətirib çıxara bilər.
Masonların iki əsrlik planına qarşı: Yeni prezident SÖZ VERDİ