"Qadınla rəfiqəlik etməyi heç sınamamışam".
Metbuat.az xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın “Shov time” verilişində danışarkən deyib. O, qadınlarla dostluq edə bilmədiyini bildirib:
“Mənim rəfiqələrim yoxdur. Yalnız əks cins nümayəndələri ilə dostluq edə bilirəm. Düşünürəm ki, həyatda qazancım elə o dostlarımdır. Qadınla rəfiqəlik etməyi heç sınamamışam da. Bəzən dostlar arasında mənə qarşı səhv edənlər olanda yaxşı əməllərinə görə keçirəm”.