"Hamı kimi mənim də istədiyim, arzu etdiyim bir tip var".

Bu sözləri aktrisa Cəmilə Tağızadə ailə üçün sənəti ata biləcəyi haqda Metbuat.az-a danışarkən deyib. O, ailənin hər şeydən üstün olduğunu bildirib:

“Hərənin bir düşüncə tərzi, bir arzusu var. Hamı kimi mənim də istədiyim, arzu etdiyim bir tip var. Düşünürəm ki, o xarakterdə, görünüşdə, imkanda bir insan olsa idi... Çox xoşbəxt olardım. Görsəm ki, bu adam ona dəyər, onun üçün hər şeyi atıb gedərəm. Mənim üçün ailə hər şeydən daha üstündür”.

Dilarə Zamanova / Metbuat.az