Aktyor Səbuhi Xanlarov həmkarı Elcan Rəsulovu hədələyib.

Metbuat.az xəbər verir ki, o, "İnstaqram" səhifəsində paylaşdığı videoda ATV telekanalında yayımlanan “Maşın Şou”-da birgə yarışdığı həmkarı Elcan Rəsulov haqda bunları deyib:

“Doğurdan da orada şəxsiyyətsiz yarışmaçılar var. Bəzi yaxşı dostlar da var. Hamısına dəstəyəm. Amma Elcana demək istəyirəm ki, mənimlə zarafat etmə, səni yandıracam, gözlə hələ...”.

Qeyd edək ki, Səbuhi Xanlarov yarışmanın 2-ci günündə səsvermədə rejissor Kənan M.M-ə uduzaraq yarışmanı tərk edib.