Oksana Rəsulova da Səidə Sultanı...

“Maşın şou”-da gərgin anlar yaşanıb.

Metbuat.az xəbər verir ki, ATV telekanalında yayımlanan “Maşın şou”-da səsverməyə qalan rəqqasə Oksana Rəsulova müğənni Səidə Sultanı təhqir edərək ona "həyasız" deyib. Rəqqasənin bu sözlərinə hiddətlənən müğənni ağlayıb.

“Bəsdirin! məni təhqir etdiniz. Mən niyə sizə o söyüşləri söymürəm axı? Çaşma, Oksana! Çaşsan, sənə elə sözlər deyərəm ki... ”

Oksana Rəsulova rus dilli olduğu üçün isə həyasız sözünün hansı mənaya gəldiyini bilmədiyini, əgər Səidə Sultanın xətrinə dəyibsə, ondan üzür istədiyini bildirib.

Qeyd edək ki, veriliş zamanı Pərvin Abıyeva da bir müddət öncə Səidə Sultanın ünvanına təhqiramiz sözlər demişdi.


Dilarə Zamanova.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR