Yeni Windows-lu kompüterlər buraxılacaq- VİDEO

Yeni Windows-lu kompüterlər buraxılacaq- VİDEO
08:32 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Microsoft" şirkəti Taybeydə keçirilən "Computex" sərgisində "Qualcomm" şirkətinin mobil "ARM" prosessorları ilə təchiz ediləcək "Windows 10" sistemli ilk fərdi kompüterləri elan edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Microsoft"un rəsmiləri bildiriblər ki, yeni "Qualcomm Snapdragon 835" prosessoru ilə təchiz ediləcək noutbukların istehsalı ilə "Asus", "HP" və "Lenovo" şirkətləri məşğul olacaqlar. Həmçinin "Microsoft" və "Qualcomm" şirkətlərinin nümayəndələri qeyd ediblər ki, gələcək fərdi kompüterlərdə enerji sərfiyyatı daha da yaxşılaşacaq və "LTE" şəbəkələrinin dəstəyi təmin ediləcək.
 
"Qualcomm" və "Microsoft"un nümayəndələri "Asus", "HP" və "Lenovo" şirkətlərinin istehsalı olan yeni fərdi kompüterlərin təqdimetmə tarixini açıqlamayıblar. Bundan əvvəl "Qualcomm" şirkətinin icraçı direktoru Stiv Mollenkopf qeyd edib ki, "ARM" prosessorlarla təchiz edilmiş və "Windows 10" sistemi ilə işləyən ilk kompüterlər cari ilin 4-cü rübündən tez əlçatan olmayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/551164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR