Rəsmi Ankara: "Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası öz problemlərini özləri həll etməlidirlər"

Rəsmi Ankara: "Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası öz problemlərini özləri həll etməlidirlər"
10:57 6 İyun 2017
32 Dünya
Ölkə mətbuatı
A- A+

Fars Körfəzinin Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası öz problemlərini öz aralarında və dialoq yolu ilə həll etməlidirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının yazılı bəyanatında deyilir.

İ.Kalın qeyd edib ki, hazırkı məqamda regionun sabitliyə və iqtisadi artıma ehtiyacı var və bütün regional ölkələr diqqəti bu prinsiplərə cəmləməlidir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavrikiy də qoşulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR