“Hətta qonorarsız da çəkilərəm...”

"Bütün aktyorların imkanı olmur ki, başqa çəkilişlərdə iştirak etsinlər".

Bu sözləri aktrisa Ülviyyə Əliyeva teatrlarda maaşların az olması haqda Metbuat.az-a danışarkən deyib. O, sənətini sevdiyini bildirib:

“Ömür boyu teatrlarda maaşlar az olub. Əlbəttə ki, bu yaxşı bir şey deyil. Bütün aktyorların imkanı olmur ki, başqa çəkilişlərdə iştirak etsinlər. Aktyorlar var ki, ailə başçısıdır. O maaşla ailə dolandırmaq çox çətindir. Mənə gəldikdə isə, mən bu işi çox sevirəm. Mənim üçün əsas şərt sənətdir. Hətta yaxşı bir iş olsa, qonorarsız da çəkilə bilərəm”.

Dilarə Zamanova


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR