Qətər XİN körfəz dövlətlərini danışıqlara çağırır

Qətər XİN körfəz dövlətlərini danışıqlara çağırır
13:32 6 İyun 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ “Doha Qətərlə diplomatik münasibətləri kəsən körfəzdəki qonşu dövlətlərə qarşı cavab tədbiri görməyəcək və onları dialoqa çağırır”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Qətərin xarici işlər naziri Məhəmməd Əbdürrəhman əl-Tani bildirib.
Nazirin sözlərinə görə, Qətər bölgədə gərginliyin azalması üçün başqa dövlətlərin vasitəçiliyini də qəbul etməyə hazırdır.
Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn, Yəmən, Liviya, Maldiv, Mavriki Qətəri terrorizmə dəstək verməkdə və regionun sabitliyini pozmaqda ittiham edərək onunla diplomatik münasibəti kəsiblər.
Xatırladaq ki, Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra - Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb. Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasət yeritdiyinə görə Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.
Sonradan Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi saytın hakerlər tərəfindən qırıldığını və guya əmirin adından yerləşdirilən çıxışın əslində elə hakerlər tərəfindən dərc edildiyini bildirib. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn bu təkzibi inandırıcı saymayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qeter-xi-n-korfez-dovletlerinin-danisiqlara-cagirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR