HƏMAS ərəb münaqişəsinin qurbanı olacaq? - SEÇİM QARŞISINDA

HƏMAS ərəb münaqişəsinin qurbanı olacaq? - SEÇİM QARŞISINDA
14:03 6 İyun 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı və Misir daxil olmaqla, nüfuzlu ərəb ölkələri qrupu ilə Qətərin münaqişəsi HƏMAS-ı zindanla çəkic arasında qoyub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu fələstinli ekspert Naser Aliv bildirib.

Onun sözlərinə görə, münaqişə HƏMAS hərəkatını əhəmiyyətli maliyyə və siyasi dəstəkdən məhrum olma riski ilə üz-üzə qoyur.

Qətər HƏMAS-ın ən böyük sponsorudur və hərəkatın mühacir qanadı üçün əsas sığınacaqdır. HƏMAS üçün həm də əks düşərgə, ilk növbədə faktiki olaraq Qəzzanın blokadasında iştirak edən Misirlə əlaqələr böyük əhəmiyyət daşıyır.

“HƏMAS çəkiclə zindanın arasına düşdü. O regionda strateji və maliyyə müttəfiqi kimi Qətərə ehtiyac duyur, amma Qəzzanın blokadasını yumşaltmaq üüçn Misirlə münasibətlər də az əhəmiyyət daşımır. Növbəti mərhələdə hazırda Misirdə olan HƏMAS-ın yeni rəhbərlər üçün çətin olacaq. Onlar iki düşərgə arasında seçim etməli olacaqlar. Yəqin ki, maksimal azadlığını saxlamaq üçün hərəkatın manevr cəhdləri də çətinləşəcək”, - agentliyin həmsöhbəti hesab edir.

Qeyd edək ki, bazar ertəsi Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları və Mavrikiy Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR