x
Loading...

Azərbaycan, Gürcüstan, İran dəmir yolçularının üçtərəfli görüşü keçirilib

Azərbaycan, Gürcüstan, İran dəmir yolçularının üçtərəfli görüşü keçirilib
14:50 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında üçtərəfli görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə yüklərin (konteyner daşımaları) Fars körfəzi regionundan və Hindistandan (Azərbaycan və Gürcüstandan keçməklə) Avropaya və əks istiqamətdə quru yolla daşımalarının təşkili, Fars körfəzi regionundan və Hindistandan (Azərbaycan və Gürcüstandan keçməklə) Avropaya və əks istiqamətdə Azərbaycan və İran limanlarının vasitəsilə yük daşımalarının (konteyner daşımaları) təşkili, tərəflərin dəmir yollarında yük vaqonlarının təkər arabacıqlarının dəyişdirilərək (1520 mm standartlı izdən 1435 mm standartlı izə və əksinə keçirilərək) hərəkəti məsələləri müzakirə olunub.

Bildirilib ki, hazırda böyük həcmli yük Fars körfəzi regionundan və Hindistandan Avropaya və əks istiqamətdə dəniz nəqliyyatı ilə daşınır və bu da 30-40 günə başa gəlir. Yüklərin Gürcüstan, Azərbaycan və İran üzərindən yönləndirilməsi daşınma vaxtının azaldılmasını təmin edəcək. Bununla bərabər, marşrut üzrə rəqabətədavamlı tariflərin tətbiqi də vacib amillərdən biridir.

Görüşdə işlərin koordinasiya edilməsi üçün İşçi Qrupunun yaradılması, Poti/Batumi-Astara-Poti/Batumi (perspektivdə Qəzvin-Tehran/Bəndər-Abbas-Qəzvin) marşrutu üzrə konteyner qatarının təşkil edilməsi, marşrutun dəniz hissəsində yükdaşıma qiymətinin optimallaşdırılması üçün dəniz daşımaçılarıyla danışıqların təşkili qərara alınınb.

Müzakirə olunan məsələ ilə bağlı görüşlərin mütəmadi olaraq keçirilməsi qərara alınıb. Tədbirin sonunda üçtərəfli protokol imzalanıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2763342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR