x
Loading...

Ərdoğan Putinə təcili zəng etdi

7 Ərəb ölkəsinin diplomatik münasibətləri kəsdiyi Qətər Körfəzdə yaranan böhranı azaltmaq üçün barışıq mesajı göndərib.

Metbuat.az xəbər verir ki, xarici işlər naziri Körfəzdəki qonşuları ilə dialoq istədiklərini söyləyib.

Danışıqlarda vasitəçi qismində iştirak edən Küveyt əmirinin böhranın tənzimlənməsi məqsədilə Səudiyyə Ərəbistanının kralı ilə görüşəcəyi gözlənilir. Əlcəzair isə tərəfləri danışıqlara səsləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinin liderləri ilə telefon danışığı olub.

Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, Rusiya prezidenti Vladimir Putin, Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Sabah və Səudiyyə Ərəbistanı kralı Salman bin Abdulaziz Al Saud ilə bölgədəki gərginliyin aradan qaldırılması barədə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ, Liviya, Yəmən, Maldiv adaları, Şərqi Liviya höküməti iyunun 5-də terrorizmi dəstəklədiyinə görə, Qətərlə diplomatik əlaqələri kəsib.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR