Türkiyə xüsusi təyinatlılarının Aralıq dənizində keçirdiyi irimiqyaslı “Şəhid Alp-Ər” əməliyyatı nəticəsində üzərində Konqo bayrağı olan “Commander Tide” adlı gəmisindən külli miqdarda heroin aşkarlanaraq götürülüb.

Metbuat.az xəbər verir ki, ələ keçirilən 1 ton 71 kq heroinin aşkarlandığı gəmi Hollandiya, İspaniya və İtaliya polisi tərəfindən 2 il axtarışda olub. Lakin gəminin zərərsizləşdirilməsini məhz türk polisi keçirdiyi 26 dəqiqəlik əməliyyat nəticəsində bacarıb. Əldə olunan paketlər üzərində heroinin Əfqanıstandan gətirildiyi və "Taliban"a məxsus olduğu müəyyənləşdirilib.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyi Konqo Respublikasına gəmi haqda məlumat versə də, Konqo belə bir gəminin dövlətə məxsus olmadığını bildirib.

Aytən Novruzova / Metbuat.az