DÇ-2018-in seçmə mərhələsində Lixteynşteynlə oyunda start heyətində meydana çıxan Canluici Buffon tarixə düşüb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, İtaliya millisinin heyətində 169-cu matçına çıxan əfsanəvi qapıçı bununla da milli komandalarda ən çox oyun keçirən ilk 5 futbolçudan biri olub.
39 yaşlı "çərçivə qoruyucus" ekvadorlu müdafiəçi İvan Urtadonu qabaqlayıb.
Maraqlıdı ki, Buffon hazırda karyerasını davam etdirən futbolçular arasında millidə ən çox görüş keçirən oyunçudur.
Top - 5
1. Ahmet Hassan (Misir) - 184
2. Hossam Hassan (Misir) - 178
3. Klaudio Suarez (Meksika) - 177
4. Muhammed El Deyaya (Səudiyyə Ərəbistanı) - 172
5. Canluici Buffon (İtaliya) - 169
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində