Bəstəkar Rauf ƏIiyev 70 yaşında vəfat edib.
Metbuat.az bildirir ki, R.Əliyev ürək tutmasından dünyasını dəyişib. Bəstəkar bu gün Bakıda dəfn olunacaq.
Qeyd edək ki, O, 1947-ci il mayın 1-də Azərbaycanın Şuşa şəhərində anadan olub.
Rauf Əliyev 90-a yaxın - “Azadlığa gedən yollar”, “İşığını əsirgəmə”, “Yalan”, “Fəryad”, “Azərbaycan haqqında həqiqət”, “Kənar adamlar”, “Qara Volqa”, “Vahimə” və digər Azərbaycan filmlərinə musiqi bəstələyib, 10-a yaxın mahnının müəllifidir.