Kosta-Rika prezidenti Luis Gilyermo Solis Rivera müsahibə zamanı təsadüfən eşşəkrarısını udub.

Milli.Az PZ Actual-a istinadən bildirir ki, olay dövlət başçısının ölkənin cənubundakı Puntaneras bölgəsində, Paso Real şəhərində asfalt zavodunun açılış mərasimində baş verib.

Luis Gilyermo Solis jurnalistlərin suallarını cavablayanda onun başının ətrafında dövrə vuran eşşəkarısı onun ağzına girib.

Kosta-Rika prezidenti olayı zarafata döndərib: "Onu yedim. Eşşəkarısını yedim".

Rivera su içəndən sonra müsahibəni davam etdirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kosta-Rirka prezidenti eşşəkarısını uddu - VİDEO - FOTOKosta-Rirka prezidenti eşşəkarısını uddu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində