Flora Kərimovaya QADAĞA QOYULDU

"İnanmıram ki, Aygün Səmədzadə bu qədər xırdalansın".

Bu sözləri xalq artisti Flora Kərimova bəstəkar Aygün Səmədzadənin, "Xalq aristləri Flora Kərimova, Aygün Kazımova Nazpəri Dostəliyevaya mahnılarımı oxumağa qadağa qoymuşam" sözlərinə münasibət bildirərkən deyib:

"Birinci dəfədir ki, mənə qadağa qoyurlar. Aygün deyir ki, onun yaradıcılıq gecəsində iştirak etməmişəm. Yaxşı bilir ki, nəyə görə iştirak etməmişəm. O, həmin konsertdə İlhamə Quliyeva və mənim aramda seçim etmək məcburiyyətində idi və bəlli səbəblərə görə onu seçidi. Mahnımı da Elton Hüseynəliyevə verdi. Amma hamı deyirdi ki, mənim həmin tədbirdə yerim görünürmüş. Mən Aygün Səmədzadənin ilk mahnısını ifa etmişəm. Ona hörmətim var. Əgər "oxuma" deyirsə, baş üstə, daha oxumaram".

http://metbuat.az/news/732551/bagimi-temir-etdirir...

Dilarə Zamanova



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR