İŞİD ABŞ-ı məscidin partladılmasında günahlandırdı

İŞİD ABŞ-ı məscidin partladılmasında günahlandırdı
03:24 22 İyun 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD Mosulda məscidin partladılmasında ABŞ-ı günahlandırıb.

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə, silahlılar məscidin ABŞ aviasiyasının endirdiyi hava zərbəsi nəticəsində dağıldığını iddia edib.

 

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın nümayəndəsi Con Dorrian terrorçuların ittihamlarını rədd edib.  Bundan əvvəl İraq hərbçiləri bəyan edib ki, Mosulun əsas məscidi “Ən-Nuri” İŞİD silahlıları tərəfindən partladılıb.

 

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Mosulun qərbinin azad edilməsi üçün əməliyyat bu ilin fevralından davam edir.

 

2014-cü ilin iyulunda “Ən-Nuri” məscidində çıxış edən İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadi yeni xəlifəliyin yarandığını və özünü onun rəhbəri elan etmişdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR