Play Store

BQXK erməni kəşfiyyatçı ilə bağlı danışıqlara başladı

BQXK erməni kəşfiyyatçı ilə bağlı danışıqlara başladı
12:09 22 İyun 2017
36 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ötən gün Azərbaycan hərbçiləri tərəfindən saxlanılan erməni ilə bağlı tərəflərlə dialoqa başlayıb.

 

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, BQXK saxlanılan şəxsə baş çəkmək üçün aidiyyəti tərəflərlə ikitərəfli konfidensial dialoq aparır: “Münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmə beynəlxalq humanitar hüquq normalarına görə BQXK-nın mandatıdır”.

 

Qeyd edək ki, İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

 

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.

 

Təxribat qrupunun bir üzvü, 1974-cü il təvəllüdlü Zaver Hovanis Karapetyan ələ keçirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277582

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR