Reanimasiyaya düşən xalq artistinin son vəziyyəti

Reanimasiyaya düşən xalq artistinin son vəziyyəti
21:52 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, xalq artisti Qəndab Quliyeva reanimasiyaya yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, xanənədinin səhhəti haqqında məlumat verən Respublika Müalicəvi Diaqnostika Mərkəzinin PR və Marketinq üzrə mütəxəssisi Səadət Hənifəyeva bildirib ki, hazırda xəstənin vəziyyəti stabildir.

"O, xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə çatdırılıb. Qəndab Quliyevanın müalicəsini Respublika Müalicəvi Diaqnostika Mərkəzi nəzdində Bakı Ürək Mərkəzinin invaziv kardioloqu Abbasəli Abbasəliyev aparır. Xanəndə hələ ki, reanimasiya şöbəsindədir. Heç bir həyati təhlükəsi yoxdur", - deyə S.Hənifəyeva bildirib.

A.Abbasəliyev isə bildirib ki, xanəndə, eyni zamanda, xroniki böyrək çatışmazlığından da əziyyət çəkir, lakin vəziyyəti stabil olaraq qalır və qorxulu heç nə yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR