Telefonlar sidiklə enerji yığacaq - ŞOK KƏŞF - FOTO

Telefonlar sidiklə enerji yığacaq - ŞOK KƏŞF - FOTO
06:08 23 İyun 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərənin Bristol şəhərində yerləşən "Bristol Robotics" şirkəti inanılmaz sistem hazırlayıb.

Publika.az xəbər verir ki, ingiltərəli mütəxəssislər sidikdən alınan elektriklə ağıllı telefonların enerji yığmasını və eləcə də səyyar tualetlərdə elektrik enerjisini təmin edə biləcək sistem hazırladıqlarını bildiriblər.

Sistem vasitəsilə mobil telefonlar yavaş-yavaş da olsa, enerji yığır.

"Bristol Robotics" şirkətinin hazırladığı sistemin içərisinə aktiv elektro mikroorqanizmlərlə dolu silindrlər yerləşdirilib. Mikroorqanizmlər, tullantı su və sidik bakteriyalarla özünü bərpa edir.

Beş dəqiqə ərzində mobil telefonları enerji ilə təmin edən sistemin gələn il dünya bazarına çıxardılacağı deyilib.

Sistem ilk dəfə İngiltərədə bu həftə keçirilən "Glastonbury Musiqi Festivalı"nda bəzi səyyar tualetlərdə sınaqdan keçiriləcək.

Könül Cəfərli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR