Kredit borcu olanlar fitrə verə bilər?

Ramazan ayının sonunda oruc tutan müsəlmanlar fitrə zəkatı verirlər.

Belə bir deyim var ki, kredit borcu olan şəxslər fitrə zəkatı verməyə bilər. Maraqlıdır, din xadimlər bu məsələ ilə bağlı nə fikirləşir?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən ilahiyyatçı Hacı Fuad Pənahlı bildirdi ki, bu, borcun miqdarına və verilmə tarixinə görə dəyişir:

“Belə ki, borc verən şəxs borclunu tələsdirirsə, onun əlində əlavə pul yoxdursa, bu zaman həmin şəxs fitrə zəkatı verməyə bilər. Yox, borcunu ödəyən və əlavə gəliri olan şəxslər fitrə zəkatı verməlidir. Ümumiyyətlə, borcun olması fitrənin vacibliyini insanın boynundan götürmür”.

İlahiyyatçı Hacı Teyyub Süleymanov mövzu ilə bağlı bildirdi ki, borcu olan, lakin əlində pulu olan şəxslər fitər verə bilər.

Ramazan fitrəsi kimə verilməlidir? - 2 kq çörəyin pulu...

Qeyd edək ki, fitrə Allaha şükür niyyəti ilə verilən sədəqədir. Bu kəlmə dilimizə ərəb dilindəki “fitra” sözündən gəlib. Mənası “yaradılış”, “fitrət” deməkdir. “Fitr” kəlməsi “orucu açmaq” “orucu başa vurmaq” mənasına gəlir. Fitrə sədəqəsi isə insanı ramazan ayına çatdıran, ramazanı yaşadan və bu ayın bərəkətindən faydalandıran Allaha şükür niyyəti ilə verilən sədəqəyə deyilir.

Fitrəni kimlər və nə qədər verməlidir? - ZƏKATIN MƏBLƏĞİ

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR