Bu il Azərbaycanın əsas donorları vasitəsilə QHT-lərə ayrılacaq qrantların həcmi açıqlanıb

14:32 8 Yanvar 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 14:30 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. Bu il Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan prezidenti yanında Gənclər Fondu qismində əsas donorlar vasitəsilə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına, gənclər təşkilatlarına ayrılacaq qrantların həcmi açıqlanıb.

 

APA-nın Maliyyə Nazirliyinin təqdim etdiyi “Vətəndaşın büdcə bələdçisi” kitabına istinadən verdiyi məlumata görə, qeyri-hökumət təşkilatlarını dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin həllinə cəlb etmək, dövlət orqanları ilə QHT-lər arasında əməkdaşlığı təşviq etmək, QHT-lərə dövlət yardımı proqramlarını və layihələrini hazırlayıb həyata keçirmək məqsədilə 2015-ci ilin dövlət büdcəsində Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 6,6 milyon manat vəsait nəzərdə tutulub.

 

Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, onların sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli təşkili və digər tədbirlərin həyata keçirilməsi üçün bu ilin dövlət büdcəsində Azərbaycan prezidenti yanında Gənclər Fonduna 4,8 milyon vəsait ayrılıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR